FOTO

Rusiyalı fotoqrafdan gözoxşayan fotolar

Yelena Şumilova adlı rus fotoqraf iki övladı və ev heyvanlarının kənd mühitində çəkilmiş səmimi və gözoxşayan fotolarının müəllifidir.

 

“Mən iki oğul anasıyam və biz kənddə çox vaxt keçiririk. Uşaqlar və heyvanlar mənim həyatımdır. Bu qədər gözəl yerdə iki saf varlığı izləmək olduqca böyük zövq verir. Niyə də bu anları əbədiləşdirməyim?”, - deyə fotoqraf qeyd edib.