Bədii filmlər

"Arşın mal alan" b\f (1965)

"Arşın mal alan" filmi rejissor Tofiq Tağızadə tərəfindən 1965-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. XX əsrin əvvəli. Gənc tacir Əsgər evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bu məsələnin həllində dostu Süleyman onun köməyinə gəlir...