Atalar sözləri

Qardaşlıq haqqında atalar sözləri

Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.

*****
Dığ-dığ qardaşı qardaşdan ayırar.

*****
Duz-çörək deyiblər, düz çörək yeyiblər.

*****
El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş.

*****
 

El içində – əmioğlu; əmioğlu içində – qardaş.

*****
Oğul ölsə ciyərim yanar, qardaş ölsə belim bükülər.

****
Oğul ölümü göz tökər, qardaş ölümü bel bükər.

*****
Qardaş da dost olsa yaxşıdır.

*****


Qardaş olaq, tən bölək.

*****
Qarın qardaşdan irəlidir.

*****
Yaxşı dost qardaşdan əzəldir.

*****
Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş!