Atalar sözləri

Namərdin plovundan, mərdin aşıq aşı!

Ağac əyildi- sındı, igid əyildi- öldü.
*****
Mərd əli kasad olmaz.
*****
Mərd özündən bilər, namərd-yoldaşından.
*****
Mərdi qova-qova namərd eləməzlər.
*****
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni!
*****
Qanı qan ilə yumazlar.
*****
İgid odur, atdan düşə, atlana,
İgid odur, hər əzaba qatlana!
*****
Qorxaq hər şeyi dörd görər.
*****
Qorxan gözə çöp düşər.
*****
Yaxşı igidin adını eşit, üzünü görmə.
*****
Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq mərd kişinin işidir.
*****
Ehtiyat igidin yaraşığıdır.
*****
Yaxşılıq elə, at dəryaya,
Balıq bilməsə, xaliq bilər.