Xəbərlər

“Sabahın ulduzları” paytaxt çempionatına yekun vurulub

Bakı, 21 may, AZƏRTAC

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 2007-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçirilən 16-cı “Sabahın ulduzları” paytaxt çempionatına yekun vurulub.

 

AZƏRTAC xəbər verir ki, Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə “Neftçi İdman Klubu”nun komandası əzmkarlıq nümayiş etdirərək çempion adını qazanıb.

 

Tural Kərimovun yetirmələrindən Məhəmməd Əliyev turnirin bombardiri, Əli Əliyev “ən yaxşı yarımmüdafiəçi”, İlqar Məmmədov isə “ən yaxşı müdafiəçi” nominasiyasının qalibi olub.