Xəbərlər

Məktəblilər arasında basketbol üzrə turnirə yekun vurulub

Nərimanov rayonundakı 193 nömrəli tam orta məktəbin idman zalında Bakı məktəbliləri arasında basketbol üzrə turnirin final oyunları keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkil etdiyi yarış 2003–2005-ci il təvəllüdlü qızlar arasında keçirilib.

 

Yarışda Nəsimi rayonunu təmsil edən Bakı Türk Anadolu Liseyinin komandası birinci olub. Yasamal rayonu 158 nömrəli tam orta məktəbin şagirdləri yarışı ikinci, Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə başa vurublar.

 

Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.