Xəbərlər

Uşaq İncəsənət məktəbində hesabat konserti keçirilib

Bakı, 24 may, AZƏRTAC


“5 nömrəli Uşaq İncəsənət məktəbi”ndə ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.


"Tarix yazan şəxsiyyət" adlı hesabat konsertinin qonaqları arasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı musiqi məktəblərinin direktorları və başqaları olub.


Konsert incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyevanın giriş sözü ilə açıq elan olunub. Konsertdə fortepiano, xalq çalğı və nəfəsli alətlər şöbəsinin şagirdləri Q.Qarayevin, F.Əmirovun, Kulau, Ə.Tağıyevin və s. bəstəkarların əsərlərini ifa ediblər. 


Şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgi də konsertdə maraqla qarşılanıb. Fərqlənən şagirdlər konsertin sonunda Baş İdarənin rəisi V.Zeynalov tərəfindən fəxri fərmanla təltif edilib.