Xəbərlər

Qazaxda Cümhuriyyətin 100 illiyinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş minifutbol üzrə rayon birinciliyi keçirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirə 8 məktəbdən 80-dən çox məktəbli qatılıb.

 

Finalda rəqibinə 3:0 hesabı ilə qalib gələn S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. Ş.Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbin komandası ikinci, M.Hüseyn adına şəhər məktəb-liseyin komandası yarışın üçüncüsü olub.

 

Qalib komandaya rayon gənclər və idman idarəsinin kuboku təqdim edilib. İlk üçlükdə yer alan komandaların üzvləri diplomlarla təltif olunublar.