Atalar sözləri

Atalar sözləri

Rəngimə bax, əhvalımı xəbər al. (Azərbaycan atalar sözü)

*****


Balaca iş böyük işsizlikdən yaxşıdır. (Rus atalar sözü)

*****

 


Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. (ABŞ atalar sözü)

*****


Bilən - bildiyin işlər, 
bilməyən barmağın dişlər. (Özbək atalar sözü)

*****


Həqiqi dostlarla birgə içilən su da şirin dadır. (Çin atalar sözü)

*****


Ağıllı adamlar öyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar. (Hind atalar sözü)

*****


Düşünmək öz-özünlə mübahisə etmək deməkdir. (İspan atalar sözü)

*****


Ağıl köhnəlməyən geyim, bilik tükənməyən mədən kimidir. (Qırğız atalar sözü)

*****


Yaxşı dostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız. (İtalyan atalar sözü)

*****


Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir. (Yapon atalar sözü)

*****