Bu maraqlıdır!

“Harri Potter” əsəri və filmi haqqında maraqlı faktlar

“Bloomsbury” jurnalının yaradıcısı Nigel Nevtonun qızı olmasaydı, “Harri Potter” kinosaqası da olmazdı. Heç bir nəşriyyatın çap etmədiyi J.K.Rovlingin novellasını məhz “Bloomsburry” nəşriyyatı çap etdi. Nigelin qızı novellanın ilk fəslini oxuduqdan sonra davamını bilmək istədi və beləliklə “Harri Potter” hər kəsin sevimlisinə çevrildi.


İlk tiraj üçün Rovlingin nəşriyyatdan aldığı qonorarı 1500 avro təşkil edirdi. Tiraj 500 kitabdan ibarət idi. Onlardan 300-ü təmənnasız olaraq kitabxanalara verilib. “Harri Potter” dünyasında sehrli gücü olmayan insan mənasını verən “maqql” sözü 2002-ci ildə Oksford lüğətinə daxil edilib. Rovling dünyada yeni bir oyunun – “Quidditch”in yaranmasına səbəb olub. 2017-ci ildə Drake və Kristiano Ronaldonu geridə qoyaraq il ərzində ən çox qazanan məşhurlar siyahısında Rovling üçüncü pilləyə qalxıb. Bugünkü günə qədər kitabının 415 milyon nüsxəsi çap olunan Rovling il ərzində 95 milyon dollar qazanıb. 


Kinosaqaya gəldikdə isə Hoqvarts məktəbi yeddi ay ərzində 40 işçi tərəfindən tikilib. Məktəbdə olan mərmər pilləkənin divarlarını bəzəmək üçün 250 rəsm əsəri çəkilib. Rəsmlər arasında prodüserlər David Heyman və David Barronun da portretləri var. Harri Potterin məşhur çapığı kinosaqa gedişatında qrim ustaları tərəfində 2000 dəfə çəkilib. Kinosaqanın çəkilişində 250 heyvan iştirak edib. Ən böyük heyvan begemot, ən kiçik heyvan isə qırxayaq idi. Qəhrəmanların istifadə etdiyi hər bir çubuq unikaldır. Təkcə Harry Potter kinosaqa gedişatında 70 çubuqdan istifadə edib. Çəkiliş meydançasında hər zaman diş həkimi də olurdu. Qəhrəmanların dişləri tökülən vaxtlarda bunun nəzərə çarpmamasını təmin etmək elə də asan olmayıb. Potter kinosaqanın çəkilişi zamanı 130 eynək qırıb.