Bu maraqlıdır!

Həyatda necə uğur qazanmaq olar? Milyarder Bill Qeytsin tövsiyələri

Dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeytsin yuxarı sinif şagirdləri ilə görüşdə maraqlı tövsiyələr verib. O deyib: 


Həyat ədalətsizdir. Bu fakta indidən alışın. Sənin kef-əhvalın, heysiyyətin dünyanın heç vecinə də deyil. Hisslərinin dünyanın vecinə olması üçün o əvvəlcə səndən nailiyyətlər gözləyir. Məktəbi bitirdikdən dərhal sonra sizə 40 min dollarlıq maaş verəcəkləri ehtimalı çox azdır. Əziyyət çəkməsən limuzinlə, şəxsi sürücü ilə bir şirkət sahibi olmayacaqsan. Əgər düşünürsən ki, müəllimin çox ciddi və sərtdir, darıxma. Müdirinlə tanışlığını gözlə. Müəllimdən fərqli olaraq müdirin karyerası sənin tapşırıqları necə yetirməyindən asılıdır. McDonalds-da burger qızartmaq – sənin mənliyini alçaltmaz. Sənin babaların istənilən – hətta bu işi də “əla iş” sayardılar.

 

Bütün uğursuzluqlarında dərhal valideynlərini günahlandırmağa tələsmə. Uğursuzluqlarından nə isə öyrən. Sənin məktəbin qalib və məğlub şagirdlər arasında seçimə son qoyub. Həyat isə – YOX. Məktəbdə sənə istənilən qədər test verə bilərlər, təki sən cavab verib, qiymət alasan. Real həyatda isə səni bunlar gözləməyəcək. Həyat semestrlərə bölünməyib, orada yay tətilləri yoxdur. Çox az işəgötürən sənə öz “mən”ini tapmaqda yardım edər. Bunları sən öz şəxsi vaxtlarında tapmalısan. Real həyatı televizorda göstərilənlərlə qarışdırma. Real həyatda insanlar vaxtının çoxunu kafedə yox, iş yerində keçirirlər. “Eynəkli botanik” adlandırdığın dostlarla yaxşı münasibət qur. Böyük ehtimalla onlar sənin müdirin olacaq.