Bu maraqlıdır!

6 il, 4200 saat və 720 min sınaqdan sonra istədiyi fotoşəkli çəkdi

Alan McFadyen 2009-ci ildən bəri vəhşi təbiət fotoqrafıdır. 6 ildir çəkmək istədiyi fotoşəkli nəhayət ki, çəkməyi bacarıb. Dediyinə görə, bu pozanı çəkmək üçün bu günə qədər 4.200 saat sərf edib, 720 min fotoşəkil çəkib. Bu qədər əməyin və səbrin səbəbi bu quşların bir güllə qədər sürətli hərəkət etdikləri üçün fotolarının çəkilməsinin çox çətin olmasıdır.


46 yaşlı Alanın atası 40 il əvvəl onu bu quşların yuvalarının olduğu Kirkcudbright bölgəsindəki bir gölün sahilindəki bu yerə aparıb. Alan buranı heç unutmadığını, vəhşi təbiət fotoqraflığına başladıqdan sonra da davamlı olaraq buraya gəldiyini söyləyir.