FOTO

Təbiətə təslim olmuş kimsəsiz Balıqçı kəndi

Çində, Şanxaya yaxın məsafədə Shengsi Adalarından biri olan Gouqi Adasındakı Balıqçı kəndində zaman sanki dayanıb. Ada sakinləri illər əvvəl iqtisadi şərtlərin çətinliyi səbəbindən buranı tərk etmək məcburiyyətində qalıb, bu səbəbdən hazırda bu kənd tamamilə kimsəsiz haldadır.


Tərk edilmiş bir yaşayış yerini gözümüzün önündə canlandırmaq böyük ehtimalla içimizdə heç müsbət olmayan duyğular oyandırır, ancaq bu kənd tam fərqlidir. Sanki bütün kənd təbiətə təslim olub. Ancaq bu, o qədər estetik bir şəkildə reallaşıb ki, ortaya çıxan mənzərəyə heyran qalmamaq mümkün deyil.