Bu maraqlıdır!

Sürüdən ayrı düşən qoyun 40 kq yun verdi

Avstraliyanın paytaxtı Kanberra yaxınlığında qalın yun təbəqəsi ilə örtülmüş merinos qoyun tapılmışdı. Hadisədən xəbər tutan ekoloqlar əraziyə gələrək xilasetmə tədbirlərinə başladılar. 

 

Merinos qoyunları yununa görə xüsusi olaraq saxlanılır və bu yun vaxtında qırxılmadıqda heyvanın sağlamlığına ciddi təhlükə yarada bilir.

 

İllər öncə sürüdən ayrı düşən qoyunun ləqəbi Kris idi. O, uzun müddət tanımadığı mühitə düşdüyünə, yununun hədsiz çoxalmasına görə həyatı təhlükə ilə üzləşmiş, onun ağırlığını, cinsini, yaşını müəyyən etmək çətinləşmişdi. 

 

Ekoloqların müraciəti nəticəsində peşəkar “qoyun bərbəri” İan Elkins Krislə məşğul olmağa başladı. O, Krisə zərər verməmək, ağrı hissini azaltmaq üçün narkoz verdi və 45 dəqiqə ərzində 47 sm-lik yunu təmizlədi. 

 

Qırxılan yunun çəkisi 40 kq-dan artıq idi. 

 

İan Elkinsin sözlərinə görə, adətən merinos qoyunların yunu hər il 7 sm uzanır. Bunu nəzərə alsaq Kris tapılan vaxt beş və ya altı yaşında olmuşdur.

 

Bu hadisədən sonra artıq qoyunların itmə hadisəsi ilə üzləşməmək üçün xüsusi diqqət və nəzarət tətbiq olunur.