Şeirlər

Zahid Xəlil. “Durna və mən”

Payız gəldi, saraltdı
Çölü, düzü, çəməni.
Uçub gedir durnalar,
Yalqız qoyurlar məni.

Uzun qanadlarıyla,
Onlar mənə əl edir.
Qəmlənir çöl, tarla, düz,
Quşlar köç edib gedir.

O yerlərə yəqin ki,
Təzəcə gəlib bahar.
Məni də özünüzlə
Aparın, ay durnalar!

Quşlar üzü aşağı,
Yerə həsrətlə baxır.
Uça bilməyirəm mən
Qanadım yoxdu, axı.