Şeirlər

Adil Cəmil. Göbələk həsrəti

Ay Ayaz,
Gəl bu yaz
Götürək
Səbəti,
Çağıraq
Səmədi,
Toplayaq
Göbələk.
Çox yığsaq
Gəl bölək.
Az yığsaq
Neyləyək?..