Şeirlər

Eşqin Məmmədov. Ömər bala

Bu səhər Ömər bala ,
Güzgünün qabağında
Öz - özünə söylədi :
- Daha dərslər bağlıdır
Başımı necə qatım ?
Bəlkə gedim mən yatım ?
Birdən güzgü dil açıb ,
Dedi :
-Ay Ömər bala!
Dostlardan qalma dala.
Əgər sən bu gün yatsan
Başını belə qatsan .
Sabah dərslər olanda ,
Ağlayıb pis olarsan
Sən pis qiymət alanda.
Bu andan sonra Ömər ,
Götürdü kitab -dətər .
Oxuyub səhifələri ...
Hazırladı dərsləri .
Kitablar dedi ona :
- Əllərini yuyanda
Unutma sən sabunu
Onlar öldürəcəklər ,
Bu qorxulu virusu !