Təbiət

Buluddan şlyapası olan ada - Litla-Dimun

Atlantik Okeanın şimal hissəsində Şotlandiya və İslandiya arasında yerləşən, Farer adalarının mərkəzində olan Litla–Dimun bütün dünyada təpəsindəki buludla tanınır.
 
Yaz–qış, hər fəsildə mütləq Litla–Dimun adasının başında bir bulud olur. Bəzən buludlar tərəfindən əhatəyə alınan ada görünməz hala gəlir, bəzən isə bu bulud yalnız adanın təpəsində olur və ağ rəngli şlyapanı xatırladır. Ehtimal edilir ki, buludların adanın üzərində həmişə mövcud olmasına səbəb hava axınıdır. Adanı Farer adalarının paytaxtı Torsxavndan Supray adasına gəmiylə gedərkən gördüyünü deyən həvəskar fotoqraf italiyalı turist Andrea Rikordi mənzərənin onu çox təəccübləndirdiyini deyir. 
 
Farer arxipelaqına daxil olan 18 adadan ən kiçiyi olan bu adanın ərazisi 0,82 kvadrat kilometrdir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 414 metr hündürlükdə olan dağın ətrafı qayalarla əhatələnib, üst hissəsi isə düzəndir. Adanın daha bir neçə maraqlı cəhətləri də mövcuddur. Belə ki, Litla–Dimun dünyada əhali tərəfindən məskunlaşmayan, insan ayağının dəymədiyi yeganə yer kimi də tanınır.
 
Həmçinin XIX əsrdən etibarən nəsli kəsilmiş çöl qoyunları bu adada yaşayıb.