Xəbərlər

Mingəçevir Dövlət Dram Teatrı məktəblilərin qış tətili üçün yeni tamaşa hazırlayır

Mingəçevir Dövlət Dram Teatrının kollektivi məktəblilərin qış tətilinin səmərəli keçməsi üçün yeni tamaşa hazırlayır. “Qar qızı kim oğurladı” adlı yeni tamaşa dekabrın 20-dən başlayaraq hər gün teatrın səhnəsində təqdim olunacaq. Məktəblilər tamaşadan əvvəl teatrın foyesində keçirilən Yeni il şənliklərinə qatıla biləcəklər. Şaxta baba və Qar qız, klounların şousu, şən musiqilər və hədiyyələr uşaqlara əsl bayram əhval-ruhiyyəsi bəxş edəcək. Tamaşanın və Yeni il şənliyinin biletləri artıq satışdadır.