Yumor

Gülməli sual-cavablar

1. Sual: Oğrular niyə modanı izləyirlər?
Cavab: Ciblərinin yerini öyrənmək üçün.

 

2. Sual: Heç qar yağmayan hava hansıdır?
Cavab: Oyun havası.

 

3. Sual: Hansı top hoppanmır?
Cavab: Qar topu.

 

 

4. Sual: Hansı bağda üzüm yetişməz?
Cavab: Ayaqqabı bağında.

 

5. Sual: Ən gözəl qoxan fil hansıdır?
Cavab: Qərənfil.

 

6. Sual: 5 illik məktəbi 30 ildə bitirənə nə deyirlər?
Cavab: Müəllim.

 

7. Sual: Dənizlər niyə duzludur?
Cavab: Balıqlar qorxmasın deyə.

 

8. Sual: Hansı yazı silinməz?
Cavab: Əlbəttə, alın yazısı!

 

9. Sual: Hansı qaba su qoyulmaz?
Cavab: Ayaqqabıya.

 

10. Sual: Ələk ilə su necə daşınar?
Cavab: Dondurularaq.

 

11. Sual: Hansı gül qoxmaz?
Cavab: Vergül.

 

12. Sual: Pilotlar niyə havada qeybət qırırlar?
Cavab: Yerin qulağı olduğu üçün.

 

13. Sual: Qırıldığı zaman işlənən şey nədir?
Cavab: Yumurta.

 

14. Sual: Qaranlıqda nəyimizi görə bilmərik?
Cavab: Kölgəmizi.

 

15. Sual: Kral ölsə, oğlu nə olar?
Cavab: Yetim qalar.

 

16. Sual: Ayağını yorğanına görə uzatmayan nə olur?
Cavab: Xəstələnib, revmatizma olur.