Xəbərlər

SOCAR-ın işçilərinin övladları Almaniyada Yay Düşərgəsi Proqramında iştirak edib

SOCAR-ın işçilərinin övladları Almaniyada Yay Düşərgəsi Proqramında iştirak edib.


AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.


Bildirilir ki, Almaniyanın “Uniper” şirkəti ilə əməkdaşlıq sazişinə əsasən, SOCAR-ın əməkdaşlarının müsabiqədən uğurla keçən 20 nəfər övladı Almaniya Yay Düşərgəsi Proqramında iştirak edib.  


Qeyd edək ki, 2013-cü il sentyabrın 19-da SOCAR və “Uniper” şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənib. Müqaviləyə əsasən, hər iki şirkətin əməkdaşlarının övladları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil olunur.