Bu maraqlıdır!

İtaliya haqqında on maraqlı fakt

 
Apennin yarımadasında, Alp dağlarının cənub yamaclarında yerləşən İtaliya çox ecazkar və cəlbedici ölkədir. Avropanın mədəniyyət abidələrinin 60 faizi burada cəmləşib. Italiyanın, demək olar, bütün şəhərləri açıq səma altında muzey təsiri bağışlayır.
 
 
İtaliya haqqında on maraqlı fakt
 
 

1. İtaliyanın adı “buzovlar ölkəsi” mənasını verən “italia” sözündən götürülüb. Əvvəllər buzov cənubi İtaliya tayfalarının rəmzi sayılırdı.

 

2. İtaliyada hər kvadrat kilometr əraziyə bir sənət əsəri düşür. Bu göstərici dünyanın başqa heç bir ölkəsində müşahidə olunmur.

 

3. “İtaliya canavarı” adlandırılan canavar növü bu ölkədə böyük simvolik məna daşıyır. Xüsusi ilə Romanın əsasının qoyulması ilə bağlı əfsanələrdə bu heyvanın adı çəkilir.

 

4. Uşaqların hər zaman maraqla qarşıladığı “Pinokyo” obrazının müəllifi Karlo Kollodi italyandır.

 

5. İtaliyanın ərazisində yerləşən, lakin suveren dövlət hesab olunan iki ölkə vardır: Vatikan və San Marino. Vatikanlılar axşam saatlarında şəhərlərinin rəmzi darvazalarını bağlayan yeganə sakinlərdir. San Marino isə Avropanın ən qədim müstəqil ölkəsi sayılır və ən qədim Konstitusiya da məhz bu ölkəyə aiddir.

 

6. Avropada ən hündür zirvəsi hesab olunan Monte Bianko İtaliyada yerləşir.

 

7. İlk opera XVI əsrin sonlarında məhz İtaliyada bəstələnib.

 

8. İtaliya Avropa ölkələri arasında ərazisində ən çox vulkan mövcud olan dövlətdir.

 

9. İtaliya ərazisinin 80 faizi dağ və təpəliklərdən ibarətdir.

 

10. Dünyanın ən qədim universitetlərindən sayılan La Sapienza İtaliyada yerləşir. Bu təhsil ocağı, həmçinin tələbələrin sayına görə Avropada ən böyük universitetdir.