Şeirlər

Gülzar İbrahimova. "Hiyləgər tülkü"

Sıx meşənin çox dar bir cığırında
Rast gəldi ac tülkü qorxaq dovşana
Şikarını heç kəs almasın , deyə
Aparmaq istədi öz yuvasına.
Girib tülkülüyün əsil donuna
O belə söylədi avam dovşana:
-Deyəsən sənin də bir kimsən yoxdur
Yazığın birisən, dərd sərin çoxdur.
Ürəyim partlayır mənim az qala
Mən özüm möhtacam doğma bacıya
Nə olar allahdan bir bacım ola
Dərdimi deyəndə məni anlaya.
Tülkü bunu deyib çoxlu ağladı,
«Tənha canım» –deyə o zırıldadı
Dovşan da inanıb tülkü felinə
Aldandı tülkününü yağlı dilinə.
Tülkü ilə dovşan dost oldu belə
Belə dostluq heç bir vaxt düşməz ələ.
Dostlar sevinərək tutub əl-ələ
Getdilər meşəni,çölü gəzməyə.
Çatdılar bir gözəl, səfalı gölə
Birdən tülkü təzə balıq istədi
Çağırdı, köməyə hiyləsi gəldi
Tülkü dedi: İndi ki, biz doğmayıq
Bundan belə biz hər şeyə ortağıq.
Bacı gərək qardaşla malın bölə,
Mən səndən böyüyəm, qulaq as sözə!
Mənim uşaqlıqdan baş ağrım vardır,
Hələ qulağımın biri də kardır,
Balaca olanda sudan qorxmuşdum,
Mən onda az qala lap boğulmuşdum
İndi gərək sən girəsən bu gölə,
Sən balıq tut, mən də salım vedrəyə.
Göl balığı dadlı olur yeməyə
Dəyişmərəm mən balığı heç nəyə.
Səfeh dovşan tez hər şeyə inanırdı,
O tülkünü əsl bir dost sanırdı.
Bütün günü qalıb o soyuq göldə,
Balıq ovlayaraq verdi tülküyə.
Tülkü isə kölgədə oturaraq,
Dovşan tutan balıqları yeyirdi
Ürəyində «axmaq dovşan» deyirdi
Axır ki, dovşanın heyi qalmadı
Sudan çıxdı, amma çox soyuqladı
Titrəyib soyuqdan o əsə-əsə
Vedrəni boş gördü, qanmadı nəsə
Bir də baxdı, gözünə inanmadı
Yatmış tülkü oyandı birdən səsə
Gördü yanındakı islaq dovşandı
Büzüşərək o bir balıq istəyir
Utanaraq «yaman acmışam», deyir.
Tülkü onu «görməmiş» adlandırdı
Dedi yaş dovşana: -Bəsdi, ayıbdı,
Biz bu gün nə tapdıq, onu da yesək
Bəs bunun qışı var, sonra neylərik?
Həmin balıqları mən duzlamışam
Və basdırıb mən qışa saxlamışam.
İndi biz az yesək, qənaət etsək
Qışda bol-bol yeyib, kef çəkəcəyik
O danışır, dovşanı aldadırdı
Dovşan da çox diqqətlə qulaq asırdı
Tülkü səsin get-gedə qaldırırdı
Qarnı isə yeməkdən partlayırdı
Onlar qayıtdılar yuvalarına
Dovşan ac qarına uzandı, qaldı
Tülkü acgözlüklə dovşana baxıb
Fikirləşdi-«kaş dovşan sağalaydı ,
Sabahkı naharda mənim olaydı»
Dovşan suda lap çox qalmışdı deyə
Ona görə yaman azarlamışdı
Sübhədək o yazıq gözün yummadı
Səhəri də yatağından qalxmadı.
Bütün günü ağrıyaraq, zarıdı
Ac-susuz uzanıb yerində qaldı
-«Qardaş», deyə o dostunu çağırdı
Tülkü ona tərəf heç boylanmadı.
Durdu səhər tezdən çıxdı aradan
Həmin gün o keyfindən də qalmadı
Göldə çimib, uzanaraq qaraldı
Birdən hiss etdi ki, yaman acıyıb
Dovşan ətindən yemək arzuladı.
Yazıq dovşan uzanıb zarıyırdı
Harayına bir kimsə də çatmırdı
Bu vaxtı bir ilan keçirdi ordan
Diksindi dovşanın ahu-zarından
Yaxınlaşdı onu udmaq istədi
Sonra da udqundu, fikrin dəyişdi
Qoy sağaldım, sonra mən onu yeyim.
Yediyimin qoy bir dadını bilim
İlan zəhərinin gücün bilirdi
Bütün ağrılara o dərman idi
Güclü zəhər çox tez təsir edirdi.
Zəhər sürtdü o dovşanın üstünə
Bir azca gözlədi sağalsın –deyə
Dovşan isə qızdırmadan yanırdı
Halsızlıqdan gözünü də açmırdı.
Çox keçmədi tülkü acıb qayıtdı,
İlan onu görüb aradan çıxdı
Tülkü çatan kimi dostun aradı
Dovşanı görən tək ağzı sulandı
Şikarını o ləzzətlə yaladı.
Naharına başlamamışdan əvvəl
Fikrini söylədi dovşana belə
Düzdü, bacı mənə, etibarlısan
Amma gəl incimə sən çox dadlısan.
Dovşan eşidəndə bu kəlmələri
Anlamadı onun dediklərini
Gözlərini döydü heç-nə qanmadı
Tülkü isə naharına başladı
Həmin anda birdən qurudu qaldı
Tülkü yalayarkən öz şikarını
Zəhərlədi bilməyərək qanını.
Dovşanın üstünə sürtülən zəhər
Yavaş-yavaş öz işini görmüşdü
Tülkünün canın zəhər bürümüşdü
Elə bil ki, tülkü çoxdan ölmüşdü.
Amma dovşan yenə heç nə qanmadı
Avamlıqdan düşmənin tanımadı
Saçın yolub «qardaş» deyə ağladı
Tülküyə yas tutub, matəm saxladı
Başına da qara yaylıq bağladı.
Hər iki dost beləliklə ayrıldı
Kim nəyə layiqsə payını aldı
Dovşan xeyir tapdı təmizliyindən
Tülkü də məhv oldu tülkülüyündən.
Hər kimsə dostuna xəyanət etsə
Şeytanlar fırlanar əhatəsində
Həmin kəsin bundan başı fırlanar
Özü də bilmədən yerə çırpılar
Dosta sadiq olan daim ucalar
O öz şöhrətiylə göylərə qalxar.