Xəbərlər

“Yay əyləncəsi” adlı uşaq moda müsabiqəsi təşkil olunacaq

Bakı, 19 iyul, AZƏRTAC

 

İyulun 28-də Bakının ən dəbdəbəli otellərindən biri olan “Pullman”da “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə növbəti “Kids Fashion Show” yarışması keçiriləcək.

 

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sayca 16-cı olan şou yay mövsümündə keçirildiyi üçün uşaqlar modelyer-dizaynerlər tərəfindən hazırlanmış yay stilinə uyğun avanqard geyimləri təqdim edəcəklər.

 

“Yay əyləncəsi“ adlı uşaq moda müsabiqəsində 4-14 yaş arası 46-sı qız 42-si oğlan olmaqla 88 model uşaq və 19 modelyer iştirak edəcək.

 

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevadır.