Bu maraqlıdır!

İnsan orqanizmi haqqında

Araşdırmalar göstərib ki, bəzi insanlar körpəlikdən bu və ya digər elm sahəsinə meyilli olurlar. Eləcə də bir çox keyfiyyətlər genetik ötürülür. Pessimistlik genetikdir, optimistlik yox. Mahnı oxumaq narahatlığı aradan qaldırır və depressiyaya qarşı mübarizə aparır. Bağırsaqların sinir sistemi ilə beyin biri-birinə bağlıdır. Bu səbəbdən də bəzi emosiyalar, xüsusilə stress həzm sisteminə təsir göstərir. Təzə doğulmuş körpənin 270, yetkin insanın isə 206 sümüyü var. Hər 28 gündən bir dərimiz yenilənir. Bir addım atmaq üçün orta hesabla 200 əzələni işə salırıq. Ciyər bərpa oluna bilən yeganə orqandır. Əgər onun 25 faizi sağlam qalıbsa, o, əvvəlki formasını ala bilir. İnsanların yalnız 12 faizi rəngsiz yuxular görür. İnformasiyanın beynə ötürülmə sürəti saatda 400 kilometrdir. Qanımız dövran edərkən gün ərzində 19 min 312 kilometr qət edir. Bütün sinirlərimizin uzunluğu 45 kilometrdir. Ürəyimiz il ərzində orta hesabla 35 milyon dəfə döyünür.


Oğlanların dilində dad reseptoru qızların dilindən daha çoxdur. Orta hesabla hər insan ömürboyu 35 ton qida qəbul edir. Gülümsəyərkən 17, ağlayarkən isə 43 üz əzələsi işə düşür. Qan qruplarının sayı əslində 29-dur. İnsan bədənində 60 min mil qan damarı var. Aşiq olan insanın beyni neyromediator və hormonlardan ibarət şirə ifraz edir. Bu, ürək döyüntüsünün güclənməsi, yuxusuzluq və iştahsızlığa səbəb olur. İnsan bədənində yığılmış istilik 30 dəqiqəyə 4 litr suyu qaynada bilər. Tənhalıq fiziki ağrılara səbəb olur. Əsas beş hissdən əlavə, bizim digər 15 hissimiz də var. Məsələn, aclıq, susuzluq, hərarət, ağrı və s.


Ağlamaq stressi və fiziki ağrıları azaldır. Yeri gəlmişkən, ağlayarkən və soğan doğrayarkən tökdüyümüz göz yaşının tərkibi eyni deyil.