Bayatılar

Şah İsmayıl Xətai. Bayatılar

Xətaiyəm xəttarəm,
Həq sirrinə səttarəm, 
Həkimlərin dərmanı,
Təbiblərə əttarəm.

 

Xətaiyəm bir haləm,
Əlif üstündə daləm,
Sufiyəm təriqətdə,
Həqiqətdə abdaləm.

 

Xətaiyəm, ver cəvablən,
Qırmızı gül gülablən,
Səndən can əsirgəməm,
Zira kim, bir hesablən.

 

Xətai işin düşər,
Gəlib, gedişin düşər,
Dişləmə çiy löqməni,
Yerinə dişin düşər.