Nağıllar, hekayələr

Bibiheybət haqqında əfsanə

Əfsanəyə görə, İrandan iki qız Heybət adlı bir adamın gəmisi ilə Şıx kəndinə gəlir. Heybət bu qızlara "bibi" deyərmiş. Az sonra Heybətin gəmisi ilə İrandan bibilərin yanına qırx qız da gəlir. Bu qızlara hamı hörmət edir, onları ziyarətə gəlirlərmiş. Bir müddət keçir, qızların hamısı ölür.

 

Heybət bunların qəbirlərinin üstündə günbəz tikdirir. Heybət öləndə də qızların qəbirlərinin yanında dəfn edilir. Beləliklə, bura Bibiheybət adlanır.