Görkəmli şəxsiyyətlər

Mikelancelo Karavacco – rəssamlıqda realizmin banisi

İtalyan rəssam Mikelancelo Merizi 1571-ci il sentyabrın 28-də Lombardiyada Karavacco adlı kiçik bir yerdə anadan olub. 


O, rəssamlıqda realizmin banisi və barokko üslubunun dahi nümayəndələrindən biri hesab olunur. 11 yaşı olanda o, Milana rəssam Simone Petersanonun yanına rəngkarlıq öyrənməyə başlayıb. Romaya qayıtdıqdan sonra Karavacco rəssam Cessari Darpinonun emalatxanasında işə götürülür və freskalara gül və meyvə şəkilləri çəkməyə başlayır. Leonardo da Vinçi, Tsian və digər rəssamların yaradıcılığı ona böyük təsir göstərir və Karavacco öz üslubunun axtarışına çıxır. Bu dövrdə çox sayda əsərlər çəkir. Onun günümüzə kimi gəlib çatan ilk işi “Meyvə təmizləyən oğlan” (1593) tablosudur.


1593-cü ildə Roma qızdırmasına yoluxan gənc rəssam bir müddət xəstəxanada yatmalı olur və bu zaman özünün ilk avtoportretini (“Xəstə Valx”) çəkir. Karavacco öz üslubunu axtardığı o illərdə “Meyvə səbəti”, (1596) natürmortunu yaradır. Bununla da bəzilərinə görə İtaliya rəssamlığında, bəzilərinə görə isə ümumiyyətlə rəssamlıq tarixində ilk natürmort yaratmış fırça ustası sayılır. 1600-cü ildən sonra Karavacco yaradıcılığında dini mövzuda əsərlər əsas yeri tuturdu.  


Karavacconun sənəti həm italyan, həm də Qərbi Avropa rəssamlarının yaradıcılığına böyük təsir göstərib. O, 1610-cu il iyulun 18-də Milanda vəfat edib.