Xəbərlər

“Üç qardaş” nağıl-tamaşasının premyerası

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin uşaqlar üçün yazdığı “Üç qardaş” nağıl-tamaşanın premyerası olub.  “Məlikməmməd” nağılının motivləri əsasında yazılmış səhnə əsərində nağılda cərəyan edən hadisələrə yeni məzmun verilib. Beləliklə, padşahın oğlanlarının üçü də müsbət obraz kimi göstərilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev və başqaları ifa ediblər.