Şeirlər

Sanamalar

Baş barmaq,
Başala barmaq.
Uzun hacı,
Qılturacı,
Xırdaca bacı.
Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı.

 

 

Qatar gedir sola, sağa,
Çınqıl düşür bizim dağa,
Əmim oğlu, Sultan ağa,
Gəlin gedək oynamağa,
Oynamağın vaxtıdı,
Qızılgülün baxtıdı,
Ix, nıx, çıx.

 

 

Bir, iki – Bildirki.

Üç, dörd – Qapını ört.

Beş, altı – Daş altı.

Yeddi, səkkiz – Firəngiz.

Doqquz, on – Qırmızı don.

 

 

 

Motal-motal,

Tərsə motal.

Qıl atar,

Qaymaq qatar.

Ağ quşum,

Ağarçınım.

Göy quşum,

Göyərçinim.