Bu maraqlıdır!

Dünyanın ən böyük gəmisi - Oasis of the Seas

"Oasis of the Seas" gəmisi dünyada analoqu olmayan ən böyük gəmidir. O, ölçülərinə və imkanlarına görə dünyanın bütün gəmilərini qabaqlayır.


Gəminin uzunluğu 361 metr, eni 66 metr, hündürlüyü 72 metrdir.


Ölçülərinə görə məşhur Titanikdən beş dəfə böyük olan bu gəminin yük götürmə qabiliyyəti 225 min tondur. 2704 kayutu olan bu gəmi 6360 sərnişin götürür, 2160 ekipajı var.


Sərnişinlər gəmidə 12 min ekzotik və canlı bitkisi, 56 ağacı olan "meşədə" istirahət edə bilirlər.


Gəmidə kazino, fontanlı park, bütün növ ərzaq və istədiyin geyimi tapmağa imkanı verən mağazalar var.