Bu maraqlıdır!

Dünyanın ilk sualtı şəhəri

Yaponiyanın bir memarlıq firması tərəfindən inşa edilən, 2035-ci ildə yekunlaşması gözlənilən layihə dünyanın ilk sualtı şəhəri olacaq.


"Mavi bağça" adı verilən layihə 500 metrlik sahəni əhatə edir. Kürə formasındakı şəhər 4 futbol meydançasından daha böyükdür. Üstəlik su və elektrik qaynağı dənizin 3,2 kilometr dərinliyinə qədər gedə bilir.

Otellər, şirkətlər və evlər olan şəhərcikdə 5 min nəfər yaşaya biləcək. Şəhərin içərisindəki balkondan bütün şəhər sakinləri istifadə edə biləcək. 


Sualtı şəhəri dünyaya tanıdan "Shimizu" şirkəti layihənin məqsədinin dənizin altındakı boş sahələrdən istifadə etmək olduğunu deyib. Çünki dəniz suyunun səviyyəsi hər gün artır və bir müddət sonra bəzi ölkələr su altında qala bilər. Sualtı şəhərin sakinləri isə heç vaxt bu təhlükəni yaşamayacaqlar.