Şeirlər

Rafiq Yusifoğlu. "Atam"

Atam evə gələndə,

Elə bil ki, nur saçır,

Anamın çöhrəsində,

Təbəssüm çiçək açır.

 

Gülür qardaşım,bacım,

Sevinir babam,nənəm,

Atam işdən gələndə,

Ən çox sevinen mənəm