Uşaq yaradıcılığı

“Dünyanın ən böyük turnirlərində Vətənim Azərbaycanı layiqincə təmsil etmək istəyirəm”

Bunu bizə öz istedadı ilə rubrikamızın diqqətini çəkən 8 yaşlı Xədicə Nağıyeva deyir.

 

Xədicə 2010-cu il iyulun 3-də Bakıda anadan olub. 279 nömrəli məktəbin 3-cü sinif şagirdi Xədicə Nağıyeva 4 yaşından bədii gimnastika ilə məşğul olur. 

 

O, artıq bir çox beynəlxalq turnirin iştirakçısı olub. Beynəlxalq klublar arası yarışlarda dörd dəfə birinci yerin, iki dəfə ikinci yerin, Respublika çempionatında isə dördüncü yerin qalibi olub.

 

Xədicə həm məktəbdə, həm də gimnastika ilə məşğul olduğu klubda müəllim və dostları tərəfindən çox sevilir. Onlar da Xədicənin bugünkü uğurlarından fərəhləndiklərini, onun gələcək uğurlarına inandıqlarını deyir. 

 

Xədicə Nağıyevanın ən böyük arzularından biri bədii gimnastika sahəsində daha da uğurlu addımlar atıb Azərbaycanı dünya miqyaslı yarışlarda təmsil etməkdir.  

 

Bədii gimnastika ilə yanaşı Xədicə rəqs etməyi, rəsm çəkməyi də çox sevir. Dərslərinə də müntəzəm, nizamla çalışır. 

 

Biz də öz növbəmizdə gənc gimnasta uğurlar arzu edirik.