Atalar sözləri

Uşaqlar haqqında hikmətli sözlər

Tərbiyə ana qucağından başlar. Körpəyə söylənən hər kəlimə onun şəxsiyyət binasına qoyulan bir kərpicdir. 
(Namiq Kamal)
 
 
Uşaq olan evi təmiz saxlamaq, qar yağa-yağa həyət təmizləmək kimidir.
(Filis Diller )
 
 
Uşaqlar görməyəcəyimiz bir zamana yolladığımız canlı məktublardır. 
(Neil Postman )
 
 
Vətəni qorumaq uşaqları qorumaqla başlayar. 
(Mustafa Kamal Atatürk )
 
 
Uşaqlara, atalarının qabiliyyətlərinə görə deyil, öz qabiliyyətlərinə görə peşə tapmaq lazımdır. 
(Platon )
 
 
Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə böyük kəşflər və yüksəlişlər heçdir.
(Albert Eynşteyn)
 
 
Uşaqlar hələ donmamış beton kimidir, üstünə nə düşərsə onun izi qalar. 
(Haim Jinott  )
 
 
Uşaqlara gözəl dünya miras qoymaq yerinə dünyaya gözəl uşaqlar miras qoysaq dünyanın bütün problemlərini həll etmiş olarıq. 
(Aziz Nesin)
 
 
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır. 
(Ralf Uold Emerson)