Bu maraqlıdır!

"Rozental" və ya "Piqmalion" effekti

Amerikalı psixoloq Rozental 1966-cı ildə “informasiyanın dürüstlüyünə əmin olan insan qeyri iradi şəkildə özünü elə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır” halını “Piqmalion effekti” adlandırır.


1968-ci ildə tədqiqatçılar Rozental və Yakobson “piqmalion effektini” sınamaq üçün təhsil ilinin əvvəlində San-Fransiskodakı məktəblərin birinə gəlirlər ki, təhsil alanların intellekt səviyyəsini müəyyən etsinlər. Onlar hər sinifdən bir-neçə şagird seçirlər. Psixoloqların fikrincə bu şagirdlər xüsusi əqli qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər, — “ hətta bu vaxtacan bu uşaqlar heç nə ilə yadda qalmamış olsa da, çox yaxın müddətdə onların istedadı özünü büruzə verəcək və onların intellektual potensialı mütləq üzə çıxacaq! Gözləyin! “  Rozental və Yakobson əməlli-başlı təəccüb içində olan müəllimləri əmin etməyə çalışırdı.


Pedaqoqların təəccübləri əsaslı idi –məsələ ondadır ki, tədqiqatçıların xüsusi intellektual qabiliyyət sahibi kimi seçdiyi tələbələr hələ indiyəcən əqli fəaliyyətə xüsusi meyllilik nümayiş etdirməmişdi. Düzdür, onları “sinfin zəifləri” və ya “geridə qalan” şagird adlandırmaq da olmazdı, amma onlar sinfin “ulduzlarına” da çata bilməzdilər.  «Nə etmək olar, yəqin ki, tədqiqatçılar bizdən daha yaxşı bilər» — müəllimlər belə qənaətə gəldilər  və perspektivli şagirdlərdən vəd edilən nəticələri gözləməyə başladılar.


Bununla yanaşı qeyd edək ki, guya ki, yüksək İQ dərəcələri olan məktəbliləri alimlər tamamilə təsadüfən, bəxtəbəxt seçmişdir. Amma ən maraqlısı odur ki, təhsil ilinin sonunda Yakobson və Rozental yenə bu məktəbə gələndə və şagirdlərin intellektual əmsalını yoxlamaq üçün sınaq keçirəndə, onlar müəyyən etdilər ki, onlar tərəfindən xüsusi istedadlı elan edilmiş uşaqlar, həqiqətən də yüksək İQ nümayiş etdiriblər.


Yəni eksperiment kifayət qədər inandırıcı şəkildə sübut etdi: biz nəyə inanırıqsa, onu da əldə edirik. Beləliklə, ayrı-ayrı şagirdlərin yüksək intellektual potensialının olduğunu təkidlə inandırılmış məktəb müəllimləri istər-istəməz qeyri-iradi şəkildə öz gözləntilərini bu şagirdlərə ötürmüşlər. Şagirdlər isə öz növbəsində onlara inanan müəllimlərin ümidlərini doğruldub və əhəmiyyətli nailiyyətlər əldə ediblər. Bir sözlə, nə istəyirsənsə onu da əldə edirsən.


Xüsusən də bu çətin və xoşagəlməz ailələrin uşaqları ilə bağlıdır, çünki onlardan heç kəs yaxşı heç nə gözləmir. Amma qəribədir ki, onları əhatə edən insanların ən pis gözləntiləri belə halda özünü doğrudur. Və əksinə, heç nadir hadisə deyil ki, belə uşağı azacıq tərifləsən, ona bir az inansan, o sanki bu inamla qanadlanacaq və sözün əsl mənasında göz qabağındaca dəyişərək, inkişafa doğru gedəcək.


Ümumiyyətlə isə götürdükdə, söhbət təkcə uşaqlardan getmir. Müəyyən əməkdaşlar ilə bağlı pozitiv ümidləri olan rəhbərlər, özünü nikbinliyə kökləyən və öz xəstəsinin mütləq şəkildə yataqdan sağ-salamat qalxacağına inanan həkimlər də həmçinin – bu və ya digər formada müvafiq mikro iqlim yardırlar. Belə şəraitdə əməkdaşın və pasientin özünəinamı və özünüqiymətləndirmə səviyyəsi mütləq yüksəlir, onların uğurları isə artır.