Bu maraqlıdır!

Unudulmuş Altı Nəhəng

Danimarkanın paytaxtı Kopenhagendə digər turist məkanlarından fərqli maraqlı  bir yer var. Yamyaşıl meşə, çəmənlik və sakit suların ətrafındakı ərazilərdə hündür, qəribə görünüşlü nəhəng taxta heykəllər var. Kopenhagenin elə əraziləri vardır ki, insanlar həmin yerləri az ziyarət edirlər. Elə bu səbəbdən də Danimarkalı sənətçi Tomas Dambo öz taxta heykəlləri üçün bu yerləri seçib. Layihənin adı “ Altı Unudulmuş Nəhəng” adlanır. Hər heykəlin özünün adı vardır: Kiçik Tilde (Little Tilde), Dostcanlı Teddy (Teddy Friendly), Dağdakı Tomas (Thomas On The Mountain), Körpü altındakı Oskar (Oscar under the bridge), Yatan Luis (Sleeping Louis), Təpədəki Trin (Hill Top Trine).

 

İnsanlar buraya gedib həm heykəlləri axtarır, həm də təbiəti kəşf edərək, ondan zövq alır. Macərapərəst uşaqlar üçün bura ən əlverişli yerdir.

 

Gəzinti zamanı heykəllərə bir az yaxınlıqda yerləşən Arken Müasir İncəsənət Muzeyinə (Arken Museum of Modern Art) də səyahət etmək olar.