Bu maraqlıdır!

Dünyanın ən dadlı şokoladları İsveçrədə istehsal olunur

Şokolad dünyadakı ən məşhur şirniyyatlar arasında bəlkə də birinci sırada durur. Qeyd etmək lazımdır ki, dünyanın ən dadlı şokoladları İsveçrədə istehsal olunur. Dünyanın üç ən yaxşı şokolad brendi – “Teuscher”, “Lindt” və “Sprungli” məhz bu ölkədədir. 


Şokolad artıq çoxdan qida məhsulu olmaqdan çıxıb, bu gün şokoladdan hazırlanan sənət əsərinə və ya şokolad muzeyinə də rast gəlmək mümkündür. Məlumdur ki, İsveçrə ən yaxşı pendir və saatla bərabər, həm də ən dadlı şokolad ölkəsi olaraq tanınır. Belə ki, İsveç şirkəti “Delafee”nin istehsalı olan şokoladın 1 funtu 508 dollardır. Bu şokolad Ekvador və Qanada yetişən kakao növündən hazırlanır. Bu şirniyyatın məşhurluğunu təsdiq edən faktlardan biri də odur ki, 2001-ci ildə dünyada şokolad satışları 100 milyard dolları keçib. Bir çox ölkələrdə şokolad gününü qeyd edirlər.