Bu maraqlıdır!

Xarici aksent sindromu

Xarici aksent  sindromu, nadir rast gəlinən tibbi bir vəziyyətdir ki, bu zaman xəstələrdə qəfildən doğma aksentindən fərqli olan, digər bir dil aksenti yaranır. 

 

Xarici aksent sindromu adətən zərbə, kəllə-beyin travması nəticəsində, bəzən isə miqreni olan xəstələrdə müşahidə olunur. Oxsford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissəllər aiddir.

 

Xarici aksent sindromu ilk dəfə 1907-ci ildə fransız nevropatoloq Pierre Marie tərəfindən aşkar edilib. 1941- 2009-cu illərdə isə 62 nəfərin bu sindroma tutulması qeydə alınıb.

 

Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır.  2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb. Bu hadisə nə ilk, nə də son idi.

 

Rəsmi qeydə alınan ilk hal 1941-ci ildə norveçli bir qadının başına gəlib. Bu qadın başına düşən dəmir parçasından travma alıb, özünə gələn zaman isə artıq alman dilində danışmağa başlayıb.

 

2016-ci ilin oktyabr ayında isə 16 yaşındakı Reuben Nsemoh bir futbol matçında başından aldığı zərbədən sonra komaya girib, komadan çıxdıqdan sonra səlis bir şəkildə ispan dilində danışmağa başlayıb. Bu hadisə bir çox xəbər kanalında şok edici bir hadisə olaraq təqdim edilib.

 

Bu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar