Atalar sözləri

Aforizmlər

Adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. (Əbu Turxan)


Adi adamlardan uca duran şəxs həmişə yalqızdır. (Lev Tolstoy)


Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)


Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir. (Əbu Turxan)


Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. (Əbu Turxan)


Batan günəşin kölgəsində ölçülərinə görə özünü böyük zənn etmə. (Pifaqor)


Bəşəriyyət üçün dahi olan insan da öz ailəsinin adi üzvü olmağı bacarmalıdır. (Əbu Turxan)


Bəzi adamlar məşhurdurlar, bəzi adamlar isə məşhur olmağa layiqdirlər. (Doris Lessinq)


Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. (Əbu Turxan)


Çoxbilmişlik nadanlığın ən pis növüdür. (Qeorq Kristof Lixtenberq)


Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. (Vovenarq)


Dahilər heç bir işi yarımçıq görmürlər. (Viland)

 

Ən ali hikmət – özünü tanımaqdır. (Qalileo Qaliley)


Ən müdrik adamın da nəyi isə öyrənməyə ehtiyacı var. (Santayana)