Bu maraqlıdır!

Tac Mahal

Dünyanın 7 yeni möcüzəsindən biri sayılan Tac Mahal Hindistanın şimalında Aqra şəhərində, Camna çayının sahilində yerləşən məscid-mavzoleydir.  Vəfat etmiş həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə Babur imperiyasının padşahı ŞaCahanın əmri ilə 1630-1652-ci illərdə inşa edilmişdir. Sonralar Şah Cahanın özü də burada dəfn edilmişdir.

 

Məscid hind, fars və ərəb arxitekturasının sintezini təşkil edən moğol arxitektur stilinin ən parlaq nümunəsini təşkil edir. Tikinti zamanı Orta Asiya, İran və Yaxın Şərqdən də daxil olmaqla imperiyanın dörd bir yanından 20 000 usta iştirak etmişdir. Əsas arxitektoru Əhməd Lahauri olan bu tikilinin hündürlüyü 75 metrdir. Əsas materialı mərmər olan Tac Mahalın tikintisi zamanı 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci və digər qiymətli daşlardan da istifadə olunub.


Tikintidə istifadə olunmuş mərmərin unikallığı ondan ibarətdir ki, gün işığında ağ, günəş doğarkən çəhrayı, ay işığında isə gümüşü rəngə çalır.


Bu abidə Cahan şahın İstanbuldan dəvət etdiyi memarların əsəridir. Planını istanbullu Məhməd İsa Əfəndi çəkib, qübbəni istanbullu memar İsmayıl Əfəndi tikib, divarlardakı şahanə yazıları yenə istanbullu xəttat Səddar Əfəndi yazıb. Bir çox xarici usta, o cümlədən italyan memarları da onların ixtiyarında çalışıblar. Bugün Tac Mahal Hindistanın ən çox turist cəlb edən yerlərindən biridir. Hər il 3 -5 milyon turist buranı ziyarət edir.