Bu maraqlıdır!

Planetin ən uzaq nöqtəsi: Nemo

Sakit okeanın Cənub bölgəsində planetin quru hissəsindən xeyli uzaq məsafədə yerləşən bir nöqtə var. Bu nöqtə “Nemo Nöqtəsi” adlanır. Ona ən yaxın məskunlaşma yeri ondan 400 km aralıqda yerləşən Beynəlxalq Kosmos Stansiyası sayılır.


Bildiyimiz kimi Şimal və Cənub coğrafi qütbləri mövcuddur. Coğrafi qütblər – Yer oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrdir. Bütün coğrafi meridianlar coğrafi qütbdə birləşir. Şimal coğrafi qütbü Şimal buzlu okeanı sahəsində yerləşir, Cənub coğrafi qütbü isə Antarktida materikindədir. 


Yer kürəsi həmçinin iki maqnit qütbünə malikdir- Şimal maqnit və Cənub maqnit qütbləri. Maqnitin bir qurtaracağı şimalda istiqamətlənir, digər istiqaməti isə cənubdadır. Maqnitlər bir birini itələmə xüsusiyyətinə malikdirlər. Maqnit qütblərini birləşdirən xəttlərlə, coğrafi qütbləri birləşdirən xəttlər (meridianlar) üst-üstə düşmür. 


Ancaq coğrafiyaçılar bildiyimiz qütblərdən başqa digər nöqtələrin də  qütb olduğu fikrini irəli sürürlər.


Əlçatmaz (ucqar) qütblər də mövcuddur. Onlar ilk növbədə tədqiqatçılar üçün maraq doğurur, amma çox uzaq məsafədə yerləşdiyindən onları öyrənmək bir qədər çətindir.


Şimal Əlçatmaz qütbü Şimal Buzlu Okeanın qalın buzlaqlarında hər hansı bir qurudan çox uzaqda yerləşir. Şimal qütbünə olan məsafəsi 661 km, Alyaskada Barrao burnuna 1453 km, ən yaxın adalar olan Elsmira və Franz Josef Ləndə isə1094 km-dir.


Cənub Əlçatmaz Qütbün yeri dəqiq müəyyən edilməmişdir: Cənubi Okean sahillərindən ən uzaq Antarktikada bir nöqtə olmalıdır.


Qitədə (kontinent) əlçatmaz qütbü-okeanlardan ən uzaq olan quru bir yerdir. Bu, Çinin şimalında Avrasiya regionunda bir nöqtədir. Ən yaxın sahillərə olan məsafəsi 2645 km-dir.
Nəhayət, Okeanın Əlçatmaz Qütbü Sakit okeanın Cənub (48 ° 52 'cənub və 123 ° 23 'qərb) hissəsində yerləşir. O, “Nemo Nöqtəsi” də (Point Nemo) adlanır. Jül Vernin romanındakı kapitanin şərəfinə (Dənizlər altında 20.000 fərsəx) adlandırılmışdır. Bu yer okeanda quru torpaqdan aralı olan ən uzaq nöqtədir. 


Ora ən yaxın torpaq, yaşayış olmayan Ducie Atoll adasıdır, 2.688 km uzaqlıqda yerləşir. Bu nöqtə tədqiqat mühəndisi Hrvoye Lukatela (Hrvoje Lukatela) tərəfindən 1992-ci ildə kompüter simulyasiyasından istifadə edərək tapılmışdır.


Bu yer səhra sahəsi olduğundan burada faunanın demək olar ki, heç bir nümunəsinə rast gəlmək olmaz.  Ən güclü cərəyanlar yalnız bakteriyaların sağ qalmasına imkan verir.
Nemo Nöqtəsi ilə kosmos arasındakı maraqlı bir əlaqə, Beynəlxalq Kosmos Stansiyasına olan yaxınlığıdır. Kosmonavtları Okean Əlçatmaz Qütbündən 400 km məsafə ayırır.