Görkəmli şəxsiyyətlər

İmperatriça Böyük Yekaterina

İmperatriça Yekaterina 1729-cu ildə Almaniyada doğulub. Alman şahzadəsinin qızı idi. 14 yaşı  olanda anası onu imperatriça Yelizaveta Petrovnanın dəvəti ilə Rusiyaya gətirdi. Bir ildən sonra o pravoslavlığı qəbul etdi və taxt - tacın varisi olan Pyotr Fyodoroviçlə kəbin kəsdirdi. Yekaterina Alekseyevna həyat yoldaşının vəfatından sonra 1762-ci ildə taxt - taca sahib oldu.


Yekaterina Alekseyevna Rusiyaya gələn kimi rus dilini öyrənməyə başladı və tezliklə o qədər yaxşı öyrəndi ki, artıq sərbəst danışmağa başladı, hətta tez-tez atalar sözlərindən və zərb
məsəllərdən istifadə edirdi. Gənc yaşlarından Rusiyada yaşadığından, o rus xalqını  sevirdi və imperatriça olandan sonra bu xalqı xoşbəxt etmək üçün çalışırdı. O, Rusiyaya çoxlu xeyirxahlıq gətirdi: dövlət işlərinin idarəsində faydalı dəyişikliklər etdi, rus dövlətini istila yolu ilə genişləndirməyə başladı, onu qonşu dövlətlərdən təhlükəsizləşdirdi, hansı ki, vaxtı ilə rus xalqı həmin qonşulardan çox əziyyətlər çəkmişdilər.


Xalq öz imperatriçasını durmadan onların qayğısına qalmasına görə, onun mərhəmətinə və mehribançılığına görə də sevirdi. O var gücü ilə çalışırdı ki, onun hər bir vətəndaşı sakit yaşaya bilsin, heç kəsdən sıxıntı və  haqsızlıq görməsin. Yekaterina çox ciddi şəkildə izləyirdi ki, həmişə ədalətli  məhkəmə olsun. Ona hər hansı bir işi həll etmək üçün gətirəndə imperatriça Yekaterina Alekseyevna bunu  çox ehtiyatla edirdi. 


Bir dəfə o bir cinayətkarın hökmünü təsdiq etmək üçün qol çəkmək istəyəndə birdən dayandı və dedi: «Mən bu hökmü indi təsdiq edə bilmərəm, ona görə ki mən özümü o qədər də sakit hiss etmirəm. Mən təcrübədən keçirmişəm ki, belə vaxtda həmişə sərt oluram Əvvəl fikirləşmək, sonra isə həll etmək lazımdır». Hökmdar qadın tez-tez deyirdi: «Yaxşı olardı ki, 10 nəfər canini təmizə çıxarasan, nəinki bir nəfər günahsızı məhkum edəsən». 


İmperatriça Yekaterina Alekseyevna xalqın xoşbəxtliyi uğrunda hər şeyə hazır idi. Belə ki Moskvada ağır taun xəstəliyi hökm sürəndə uzun müddət onun qarşısını ala bilmirdilər. Hökmdar özü Moskvaya getmək istədi ki, xalqın bu çətin vaxtında ona kömək etsin. Çox böyük çətinliklə onu yola gətirdilər ki, özünü təhlükəyə düçar etməsin. 


İndiki dövrdə heç kəs peyvənd etməkdən qorxmur, peyvənd insanları dəhşətli xəstəliklərdən qoruyur. 100 illər bundan qabaq çiçək xəstəliyinə qarşı peyvənd etməni bilmirdilər. Eşidəndə ki, başqa ölkələrdə çiçəyə qarşı peyvənd edirlər, inanmırdılar ki, bu bir xeyir gətirə bilər, əksinə hətta fikirləşirdilər ki, peyvəndləşmiş insan çiçəkdən xəstələnib ölə bilər. İmperatriça çiçək xəstəliyinə qarşı peyvənd vurdurmağı özündə göstərmək qərarına gəldi . O, İngiltərədən çox bacarıqlı həkim çağırdı və əmr elədi ki, peyvəndi əvvəlcə ona, sonra isə onun yeganə oğlu Pavel Petroviçə vursunlar. Hər şey salamatlıqla qurtardı və o vaxtdan Rusiyada bütün uşaqların hamısına çiçək xəstəliyinə qarşı peyvənd vurulur.


Ağıllı və çox savadlı imperatriça başa düşürdü ki, adamların pis hərəkətləri təhsilin zəifliyindən və uşaqlıqdakı pis tərbiyədən xəbər verir, ona görə də o,  öz hakimiyyəti dövründə xalqın maariflənməsinə çalışırdı. II Yekaterinanın hakimiyyəti dövründə rus hakimiyyəti birinci dəfə ölkədə ümumi təhsili yaymaq məqsədini qoymuşdu. Yekaterina özü əhalini maarifləndirmək üçün çox çalışırdı. O deyirdi: «Cinayətin qarşısını almaq istəyirsinizsə, xalqı maarifləndirin. İnsanları, cəmiyyəti saflaşdırmağın ən etibarlı üsulu uşaqları yaxşı tərbiyə etməkdir».


Yekaterinanın Rusiyada ilk sınaq olaraq ümumi ibtidai təhsil sisteminin yaradılmasında əməyi böyük idi. Burada bütün təbəqələrin uşaqları (təhkimli kəndlinin uşaqlarında başqa) oxuya bilərdilər.
Peterburqda, Moskvada və başqa şəhərlərdə müxtəlif təhsil müəssisələri, quberniya şəhərlərində «baş» və qəzalarda isə «kiçik» xalq məktəbləri təsis edilmişdi. İlk dəfə qızlar üçün məktəb açıldı, o vaxta qədər qadın məktəbi yox idi. Valideynlər tərəfindən atılmış, yetim uşaqlar üçün tərbiyələndirici uşaq evləri tikildi.


1763 - cü ildə tibbi kollegiya yaradıldı. Bu kollegiya həkimlərin hazırlanması ilə məğul olurdu. 


Yekaterinanın çarlığı dövründə bir çox yazıçılar yazıb yaratmağa başladılar, çoxlu kitablar çap olundu, jurnallar nəşr edildi, məşhur Fransız yazıçılarının əsərlərini tərcümə etdilər. İmperatriça özü də yazıçılıqla məşğul olurdu, əxlaqi nağıllarında və komediyalarında nöqsanları lağa  qoyurdu, maariflənmənin vacibliyini sübüt edirdi.


Dövlət tarixinə ciddi qanunların və dövlət idarəçiliyinə tam qaydaların tətbiq edilməsi məqsədilə II Yekaterina Rusiyaya da təzə, yeni qanunverici kodeks (qanun külliyyatı, qanun sistemləri) tətbiq etmək qərarına gəldi. Bu məqsədlə Yekaterina öz məşhur təlimatını – «Nakaz»ı qurmağa başladı. Yeni qanunverici layihə - «Nakaz»ın tərtib edilməsi üçün xüsusi komisiya yarandı. Bu Yekaterina üçün vacib başlanğıc idi. 1766-cı ildə  Moskvada bütün təbəqələrin (mülkədar kəndlilərdən başqa) nümayəndələri yığılmışdı ki, yeni qanun külliyyatinin lahiyəsini yaratsınlar. Komissiya işə başlamazdan əvvəl deputatlar, onları Moskvaya göndərən öz adamlarından tapşırıqlar almışdılar, orada tələblər, arzu və ehtiyaclar sadalanırdı.


Lakin II Yekaterina istədiyi nəticəni ala bilmədi. Deputatlar imperatriça tərəfindən təklif olunan qanunların, tələblərin qəbul olunmasına hazır deyildilər: hüquqi və siyasi mədəniyyət ənənələrinin olmaması mane olurdu.  Bundan əlavə, təbəqələrin maraqları üst-üstə düşmürdü, heç kim bir- birinə güzəştə getmirdi.


«Nakaz»da nə nəzərdə tutulurdu? Bu sənədə görə Rusiya üçün hökmdarın mütləqiyyət hakimiyyətinin imperiyanın geniş məkanında tanınması vacibdir. Bütün dövlət idarələrində hakimiyyət qanun əsasında köklənməlidir və belə edilməlidir ki, adamlar qanunlardan çəkinməlidirlər və qanunlardan başqa heç kimdən qorxmamalıdırlar.


«Nakaz» köləliyə qarşı çıxırdı. Orada bütün vətəndaşların azadlığından və bərabərliyindən danışılırdı.  Ancaq, Yekaterinanın çarlığı dövründə əhalinin yarısı təhkimçi «qullar»dan ibarət idi və onlar bütün qanunlardan demək olar ki məhrum idilər. Təhkimçi qanunların ən qara hissəsi mülkədarların sonsuz özbaşınalığı idi, onlar təhkimçilərin həm əməyindən, həm də şəxsiyyətindən istifadə edirdilər. Mülkədar hakimiyyəti Yekaterinanın dövründə özbaşınalığın son həddində çatmışdı. Kəndlinin bir  sahibkardan o birinə keçməyi qadağan idi, mülkədarlara belə bir hüquq verilmişdi ki, öz günah işlətmiş kəndlisini katorqa işləri görməyə sürgün etsin. Kəndlinin mülkədardan şikayət etməyə ixtiyarı yox idi, heç bir maneə olmadan təhkimçi adamların satılması geniş yayılmışdı. 


Bir qədər sonra yeni yaradılmış qanunverici komissiya buraxıldı və onun işi bir daha təzələnmədi. Yekaterina qanunvericilikdə ümumi islahatlar keçirə bilmədi, ancaq komissiyanın işi hədər yerə getmədi. İmperiyada təbəqələrin vəziyyəti haqqında külli miqdarda faktiki materiallar yığıldı. Komissiyanın işi ilə tanış olduqdan bir müddət sonra Yekaterina rus cəmiyyətinin inkişafı naminə bir sıra qanunlar qəbul etdi.


II Yekaterina 1796 cı ildə 67 yaşında insultdan vəfat etdi.