Görkəmli şəxsiyyətlər

Demosfen

Qədim Yunanıstanda gözəl danışıq bacarığı olan adamların xüsusi hörməti var idi. Bu adamlar həm gözəl, həm də inandırıcı danışırdılar. Belə adamlardan biri Demosfen idi. O, e.ə 384-cü ildə anadan olub.

 

Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir. Demosfen xalq qarşısında çıxış etməyi uşaq ikən arzu edirdi. Hələ gəncliyində Demosfen öz müəllimindən onu məşhur natiqlərin dilinə qulaq asmaq üçün məhkəmə iclasına aparmağı xahiş edir. Oğlan xalqın natiqləri necə alqışladığını görür və qəlbləri fəth edən natiqlik sənətinin gücünə heyran olur. O, həmyaşıdları ilə oynadığı bütün digər oyunları atır və natiqlik sənətinin öhdəsindən gəlməyə çalışır. O, qətiyyətlə natiq olmaq qərarına gəlir. 

 

Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Belə ki xalq qarşısında gənc natiqin ilk çıxışı uğursuz qurtarır: səs-küy, gülüş izdihamı ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz etmirdi. Onun çiyinlərini çəkmək vərdişi var idi və ictimaiyyət qarşısında özünü idarə edə bilmirdi. Onun xalq yığıncağı qarşısındakı ikinci çıxış etmək səyi dil baxımından uğursuz olmuşdur. O ruhdan düşmüş və üzünü örtmüş halda, evə tələsir və heç hiss etmirdi də ki, onun izi ilə məhşur Afina aktyoru gəlir. Onlar birlikdə yol gedirlər. Demosfen öz uğursuzluğu barədə dostuna acı-acı şikayətlənməyə başlayır və deyir ki, xalq dilin dərin məzmununu qiymətləndirmir və anlamır. "Hər şey belədir, -aktyor cavab verir, - amma mən sənə kömək etməyə çalışacağam. Mənə Sofokl və ya Evripidadan parça oxu". Demosfen oxuyur. O qurtaranda aktyor şeiri yenidən özü oxuyur. Bu zaman Demosfenə elə gəlir ki, sanki o, tamamilə digər şeiri eşidir. O, indi başa düşürdü ki, nitq gözəlliyinə onda olmayan dilin ifadəliliyi ilə nail olunur və o, ikiqat səylə işə başlayır. Nəticə etibarı ilə, Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çəkilir, gündə bir neçə saat tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlarla məşğul olur. O, ağzına daşlar toplayır və ucadan danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi öyrənir və öz səsi ilə dalğaların səsini boğmağa çalışırdı. Demosfen danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Bəzən gənc iki ay, üç ay, nəhayət heç evdən bayıra çıxmır və nəhayət, tamamilə səs və jestə yiyələnir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədinə nail olur və görkəmli natiqə çevrilir. Amma o, hazırlaşmadan heç vaxt danışmaz, həmişə yazılmış mətni əzbərdən öyrənərdi; axşamlar lampanın işığında o, çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər bir sözü götür-qoy edərdi. Bütün bunların nəticəsində böyük natiq rəqiblərinin tənqidinə tuş gəlir. Onlar Demosfenin ilham və təbii istedadının olmadığını iddia edirlər.

 

Bir dəfə “Dəmir” ləqəbiylə məşhur olan bir oğru Demosfenin öz çıxışlarını gecə lampa işığında hazırlamasına istehza edərək deyir: “Demosfen mühakimələrindən fitil iyi gəlir”. Cavabında Demosfen: “Bilirəm, bilirəm, - deyir, səni pərt edən mənim evimdə gecələr işıq yanmasıdır. Siz isə, Afina vətəndaşları, evlərdə oğruların çox olmasından təəccüblənməyin, çünki bizdə oğrular dəmirdəndir, divarlar isə gildən”.


Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar. Onun dilinin qeyri-adi sadəliyinin ifadəsi ən böyük duyğu və düşüncələri, aydınlıq və inandırıcılıq gücü ilə birləşir. Demosfen həmişə öz nitqinin məzmununa ciddi şəkildə sadiq qalır, boş cəfəngiyatı sevmirdi. O, nitqini sakit şəkildə deyirdi, dinləyicilərin ağlına təsir edərək, onları duyğu hissi ilə fəth edirdi, müdafiə edilən işin düzgünlüyündə onlara həddindən artıq inanırdı. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.

 


Demosfenin 30 yaşı olanda, o, artıq dövlət işlərində iştirak etməyə başlayır və natiqlik istedadının var gücü ilə Yunanıstanın bütün təhlükəli düşmənlərinə – Makedoniya çarı Filippə qarşı belə çıxır. Onun vətənə olan hədsiz sevgisi böyük natiqi makedoniyalılara və onların bütün Yunanıstandakı yardımçılarına qarşı mübarizəyə ilhamlandırır.


Demosfenin tələffüzü aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.
Onu ən çox sevdirən onun səmimiliyi, satqın olmaması və afinalıların azadlığı və müstəqilliyini müdafiə etməsi idi.


Bir çox natiqlər, xalq yığıncaqlarında çıxış edərkən, kim onlara pul verirdi, onların maraqlarını müdafiə edirdilər. Qonşu Makedoniyanın çarı II Filipp Afınanı özünə tabe etdirməyi arzu edirdi. O, açıq mübarizədə qalib gələcəyinə əmin deyildi və çalışırdı ki, onlar özləri onun hakimiyyəti altına getsinlər. Pula satılmış natiqlər qızıl çay kimi Afinadan Makedoniyaya axışırdılar və var güclərı ilə afinalıları inandırmağa çalışırdılar ki, Filıpp onları düşmənlərdən qoruyacaq və onlara xoşbəxt həyat bəxş edəcək. Demosfen azadlığı müdafiə edirdi. O, II Filippin hiyləgər planını açıb tökürdü. Ona çox böyük miqdarda pul təklif edirdilər ki, heç olmasa sussun. Lakin, Demosfen makedon çarını ifşa etməkdə davam edirdi. Onun II Filippə qarşı çıxışlarına Yunanıstanın hər tərəfindən gəlib qulaq asırdılar. II Filipp özü deyirdi ki, tək Demosfen bütün orduya bərabərdir.


E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında II Filippin qoşunları Afina üzərində qələbə çaldı. II Filippin 18 yaşlı oğlu İsgəndər bu döyüşdə ilk dəfə sərkərdəlik məharətini nümayiş etdirdi. Xeroneya döyüşündə yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu.


II Filipp Demosfen tərəfindən yığılmış qoşunları darmadağın etdi. Hamıya aydın oldu ki, makedoniyalılar güclüdür.


Makedoniyalı İsgəndər Makedoniyanın çarı olandan sonra tələb etdi ki, Demosfeni ona versinlər. Demosfen  cavabında afinalılara Ezopun təmsilini danışıdı. Təmsil canavar, qoyun və it haqqında idi. Canavar qoyunları yola gətirmək istəyirdi ki, onları qoruyan iti versinlər. Qoyunlar razılaşdılar, onlar qoruyucusuz qalan kimi canavar bütün qoyunları boğub öldürdü. Canavar dedikdə Demosfen İsgəndəri, qoyunlar dedikdə afinalıları, onları qoruyan it dedikdə isə özünü nəzərdə tuturdu. Afinalılar İsgəndər ilə danışığa gəldilər ki, Demosfen azadlıqda qalsın.


Demosfen isə mübarizəsini davam etdirirdi. Makedoniyalı İsgəndərin ölümündən sonra Demosfen gözəl danışığı ilə öz əhalisini mübarizəyə bir dəfə də qaldırdı, lakin yunanlar ikinci dəfə  uduzdu. Bu müharibədən sonra Demosfeni tutdular. Natiq onu tutanlardan son məktubunu yazmağı xahiş etdi və dərhal zəhər içərək özünü öldürdü.

 


Demosfen kəlamları:


Uzaqdan cəsur olmaq asandır.
Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur.
İnsan niyyətindən qaranlıq şey yoxdur.
Xoşbəxtliyin nail olmağın iki yolu var. Bunlar xalqa xidmət etmək və insanlara məhəbbətlə yanaşmaqdır.
Çaxır içənlə su içən heç vaxt eyni səviyyədə fikirləşə bilməz.