Görkəmli şəxsiyyətlər

Rəssam Pavel Filonov

Pavel Nikolayeviç Filonov (1883-1941) nəinki rus və sovet təsviri sənətinin, hətta XX əsrin bütün incəsənətinin unikal fiqurudur. Qeyri-adi kamilliyə, səmimiliyə və saflığa, valehedici təmənnasızlığa malik bir rəssamdır. 


Əfsanəvi insan bu vaxtadək tanınmamış torpağın kəşf edəni olmuşdur. Ustadın bütün ömür yolu həyatın və yaradıcılığın əsaslarını açmaq, fanatik cəhdlər edib və sonradan maksimal güc və dərinliklə öz tapıntılarını yaradıcılığında təcəssüm etdirmək idi. Rəssamın işləyib hazırladığı orijinal təsvir sistemi müvəffəqiyyət qazanmışdır. 20-ci illərdən başlayaraq Filonovun ardıcılları və şagirdləri də var idi. Qeyd etmək lazmıdır ki, rus avanqardının liderlərinin heç birinin belə çoxsaylı məktəbi yox idi. Həyatın ideal əsaslarını ustad təbiətdə görür və onu əxlaq və saflıq mərkəzi kimi dərk edirdi.

 

Sivilizasiyanı insanda, insanlığa düşmən hesab edirdi. Bu onun bir sıra erkən işlərinə əks olunmuşdu. Kainatı xaotik və təcavüzkar aləm kimi təsvir edirdi. Xarici təsvirə və gözəlliyə aldanmayaraq, o, yenə də insanlar qarşısında duran mürəkkəb suallara cavab axtarırdı. Həyatı boyu Filonov özünün kəşf etdiyi analitik incəsənət metodu ilə işləyirdi. Onun işinin əsas mahiyyəti şəkil mütəvisinin hər bir nöqtəsinin əsaslı surətdə işlənməsi, onunla başlı cizgi, forma və rəngin tamaşaçıya lazımi emosional-psixoloji təsit göstərməsidir. Təsviri plastikanın xarakteri və onun şəkil müstəvisində paylanması rəssamın intuisiyası ilə diktə edilirdi. İbtidai təsvirlə həvəslənərək, Filonov afrikalı qədim Konqo ritual maskalarının həndəsi ornamentlərini özü üçün kəşf edirdi.

 

Gözəgörünməz, fiziki, kimyəvi, bioloji, kosmik və yaxud anatomik mənşəli hadisələrin sonsuz aləminin mövcudluşunda israrlı olan ustad ritmikləşdirilmiş düsturların dili ilə göstərirdi. O, inqilabi mövzunu özünəməxsus əks etdirməyə çalışırdı.

 

1917-ci ilin oktyabr hadisələrindən xeyli vaxt keçsə də onun təcəssümü iztirablı, mürəkkəb və dramatikdir. Lakin qurucu başlanğıcı ümidin zəif işığı kimi qalır. 30-cu illərə yaxın Filonovun yaradıcılığında pafos notu itir və hərcmərclik, qarmaqarışıqlıq hissləri artır.