Bacarıqlı əllər

Ağac rəsmi çəkməyi öyrənək

Ağacın şəklini çəkmək üçün, onun gövdəsindən və budağından başlamaq lazımdır. Onları yaxşı görmək üçün quru ağac tapmaq lazımdır. Leonardo da Vinçi   ağaclarda   qəribə qanunauyğunluq  gördü.   Əgər eyni hündürlükdə olan budaqları kəsib, onları bir dəstədə sıx bağlasaq, həmin dəstənin qalınlığı ağacın gövdəsinin başlanğıcının qalınlığına bərabər olacaq. Bu o deməkdir ki, ağac nə qədər hündür olsa, onun budaqları nazik və çox olur, ən yuxarı hissəsi isə nazik budaqlardan ibarət olub, bütöv bir çadıra oxşayır.


Ağacı çəkərkən nəzarət edin ki, gövdənin qalınlığı yuxarıya doğru azalsın, heç bir budaq çıxdığı yerdən qalın olmasın. Gövdənin və budaqların qalınlığının yavaş-yavaş azalması dəyişməz olaraq qalır. Bu qanun butulkaya bənzər ağaca və kaktusa aid deyildir.


Gövdənin vacib elementindən biri olan qabığı haqqında bir neçə söz deyək. Onun fakturası ağacın xasiyyətindən xəbər verir. Palıd qabığının törəmələri ağacın möhkəmliyi haqqında xəbər verir, hamar tozağacı qabığı - tozağacının asanlıqla əyilmə qabiliyyəti və elastikliyi, küknar ağacının gövdəsi küknarın iynəyarpaqları kimi tikanlı olduğunu göstərir.


İndi isə ağacın çətiri haqqında. Əvvəlcə, onu başa düşmək üçün tanış bir şeylə  müqayisə etmək lazımdır. Məsələn, ağ söyüd, ağcaqayın, cökənin çətirləri armuda, yemişə və şara bənzəyir, küknarın çətiri isə konusa oxşayır. Ağacı yaxından görmək çətindir, əgər 100-200 addım geriyə çəkilsən, detallar bütövləşəcək və çətirə oxşayan forma görünəcək. Ən çətini - çətirin fakturasını göstərməkdir. O həddindən artıq mürəkkəbdir, onun qalınlığı yarpaqlardan, kiçik və böyük budaqlardan, həm də işıq zolağından, hansı ki, onların arasından gövdənin hissələrini və səmanı görmək olur, ibarətdir.


Ağacı təsvir edərkən, budaqların və yarpaqların istiqamətini diqqətlə izləyin. Burada qayda mürəkkəbdir və hər cinsin öz qaydası var. Cavan və yüngül budaqlar yuxarıya tərəf uzanırlar, aşağıdakılar, hansı ki, bir az yaşlıdırlar, onlar sallanırlar. Bu qanunauyğunluq tozağacında, küknarda, söyüd ağacında görünür. Əgər, siz çətirin ümumi formasını onun detalları ilə, ağacın gövdəsi və budağı ilə uyğunlaşdıra bilsəniz, şübhəsiz ki, şəkil alınacaq.