Nağıllar, hekayələr

Sərçələr

Qış gecikmişdi. Ağaclardan yarpaqlar uzun müddət tökülmürdülər. Torpaq az-maz donmuşdu. Nəhayət, çox da olmayan qar yağdı, lakin şaxta yox idi.


Tarla sərçələri artıq çoxdan idi öz yaşayış yerlərini dəyişib təzə tikililərə köçmüşdülər və ev sərçələrinin dəstələrinə qatışmışdılar. 


Günlərin bir günü qoruğun zooloqu bir sərçənin öz dimdiyində lələk evin damına uçduğunu gördü. Ertəsi gün artıq bir neçə sərçə lələk və tükləri gətirib öz yuvalarının yanına yığırdı.


Qoca gözətçi də sərçələrə baxıb, qarı kartof saxlanılan zirzəmiyə yığdı. Zooloq rişxəndlə gülümsəyərək gözətçiyə dedi:


- Bura bax, baba, deyəsən sərçələr yuva tikirlər, görünür qış olmayacaq.


- Şaxta olacaq, Viktor Vasilyeviç, elə buna görə də onlar damın altındakı  yuvalarını daha da isti olmaqdan ötrü möhkəmləndirirlər – deyə qoca cavab verdi.


Ertəsi gün yenə də əvvəlki kimi isti idi. Sərçələr isə yenə də tükləri gətirməkdə davam edirdilər.


Axşam radio ilə havaların soyuması ilə əlaqədar olaraq təcili xəbər verildi. Səhər günəş şaxta dumanı arasından qalxdı və güclü şaxtalar başlandı. Ağıllı sərçələrsə düz üç gün əvvəl həyəcan təbili çalırdılar.