Bu maraqlıdır!

Dünyanın ən böyük daş blokları

Dünyanın ən böyük daş blokları, Livanın paytaxtı Beyrutun 80 km şimal-şərqində, Livanda qədim şəhər olan  Bəəlbəkdə yerləşir. Şəhərin bəzi hissələrinin təməlində istifadə olunan təxminən 500-1100 ton ağırlığındakı daşların nə qədər dərinə endiyi hələdə bilinmir. Son olaraq qədim şəhərdə, e.ə 27-ci əsrə aid olduğu düşünülən nəhəng “Hamilə qadın daşı” adlı bir tonluq monolit daş bloku və insan əli ilə işlənmiş dünyanın ən böyük 1650 tonluq daş bloku tapılıb. 

 

Qədim dövrdə bu daşların necə emal olunduğu  və daşındığı, günümüzdə hələdə sirr olaraq qalıb. “Hamilə qadın daşı və ya Cənub daşı” və 1650 tonluq daş bloku dünyanın daşınan ən böyük blokları hesab edilir. Ehtimal olunur ki, hər iki blok, yaxınlıqdakı Roma məbəd kompleksi üçün nəzərdə tutulmuşdu. 

 

Hamilə qadın daşının adı haqqında bir çox rəvayətlər var. Deyilənə görə burda bir hamilə qadın yaşayıb. O, nəhəng daşları necə hərəkətə gətirməyi bildiyini deyərək Bəəlbək xalqını aldadır. İnsanlar onu uşaq dünyaya gətirənədək yedizdirsələr, bu sirri onlara açacağını deyir. Digər deyimlərə görə isə, hamilə cinlərə daş kəsmə və hərəkət etdirmək vəzifəsi verilmişdi. Başqa bir rəvayətə görə isə, daşlara toxunan bir qadın məhsuldarlığın artmasına səbəb olur. Hamilə qadın daşının ərəb dilindəki adı isə Hajar el Hibladır.


Daş bloklar hələdə Heliopolis məbəd kompleksindən 900 m məsafədə qədim daş karxanasında yerləşir.


Hamilə qadın daşı 992 t ağırlığında, 23 m uzunluğunda, 4.55 m hündürlüyündədir.

 

Ikinci monolit daşı da1990-cı ildə eyni karxanada tapılıb. 1242 ton olan bu daş hətta Hamilə qadın daşının ölçülərini ötüb keçib. 19.5–20.5 m uzunluğunda, 4.34–4.56 m genişliyində, 4.5 m hündürlüyündədir.
Üçüncü monolit daşı isə 2014-cü ildə Alman Arxeologiya İnstitutu tərəfindən eyni karxanada tapılıb. Onun çəkisi təxminən 1650 ton olaraq qiymətləndirilir və o, insan əlləri ilə yonulmuş dünyanın ən böyük daşdır. 19.6 m uzunluğunda, 6 m genişliyində və ən azı 5.5 m hündürlüyündədir (yarısı hələ basdırılmış vəziyyətdədir).