Şeirlər

Məmməd Aslan. "Ütü"

Toyuq boyda boyum var,

Amma boynum uzundur.

Dişimi tax divara,

Bədənimi qızındır.

Paltarın qırışıbsa,

Odumla qamarlayım.

Əzik-üzük yerləri

Bir anda hamarlayım.