Şeirlər

Korney Çukovski. “Aybolit”

Tərcümə: Teymur Elçin


                                                                      
Əziz doktor
Aybolit
Oturub baxır yola
Ağac altında sakit.
Yanına tez-tez gələr
Sağalmağa xəstələr.
Canavar da, inək də,
Soxulcan da, böcək də,
Ana ayı da.
Sağaldar gəlsə hər kim.
Bizim Aybolit - həkim.

 


 
 
Tülkü gəldi
Aybolitin yanına,
Dərdini açdı ona,
Axıtdı, göz yaşları:
Uf, məni sancıb аrı.
Barbos gəldi
Aybolitin yanına,
Burnunu tutdu ona.
Dərdini açıb dedi:
-   Oy, toyuq dimdiklədi.
Qaçıb gəldi ana dovşan
Haray saldı: balam, vay.
Bu gün basıb-tramvay
Dovşan balamı,
Oğlan balamı.
Basıb tramvay.
Qaçanda evə sarı
Kəsilib ayaqları.
Doktor, halı yamandır,
Qoyma ölsün, amandır.
Körpəm, balacam mənim,
Dedi doktor:
-Ziyan yoxdur.
Tez ol xəstəni gətir,
Onu mənə tez yetir.
Tikim təzə ayaqlar.
Balan yenə oynaqlar.
Gətirdilər doktora
Xəstə, bala dovşanı,
Az qala, çıxır canı.
Doktor işini bildi,
Tez ayaqlar tikildi.
Yenə hoppanır bala.
Anası onunla bir
Oynamağa tələsir.
Gah gülür ana dovşan,
Gah çığırır ucadan:
- Sağ ol, Aybolit
Var, ol Aybolit.

 


 

 
Hardansa at belində
Çaqqal göründü birdən:
- Vardır sizə teleqram
Göndərib Hippopotam.
 
"Gəlin, doktor Aybolit,
Afrikaya siz.
Ölər bizim кörpələr
Tez gəlməsəniz".
 
-   Necə? Necə? Körpələr
Xəstələniblər?
-   Bəli. Tutublar angina,
Skarlatina, xolerina,
Difterit, appendisit,
Qızdırma və bronxit.
Tez yetirin özünüzü,
Əziz doktor Aybolit.
-   Qaça-qaça gələrəm,
Sizə kömək elərəm.
Amma deyin yerinizi.
Harda axtarım sizi
Dağda, yoxsa gölmədə?
-Yaşayırıq Zənzibarda,
Böyük Səhra, Kalaxarda,
Fernando-Po dağında.
Orda gəzir Hippo-po,
Axır geniş Limpopo.

 


 
Qalxdı Aybolit.  Qaçır Aybolit,
Düzlər, meşələr keçir Aybolit.
Təkcə bir sözü tez-tez deyir о:
-Limpopo, Limpopo, Limpopo
Külək, qar, dolu çırpır üzünə:
Qayıt, Aybolit, qıyma özünə!
Qarın üstünə dəyir Aybolit:
Gedə bilmirəm, - deyir Aybolit.
Bu vaxt tərpəndi küknar,
Çıxdı iki canavar:
- Otur, Aybolit.
Otur, çaparaq
Səni aparaq -
Mindi Aybolit, çapdı qabağa.
Təkcə bir sözü tez-tez deyir о:
-Limpopo, Limpopo, Limpopo.

 


 
Birdən dəniz kəsdi yolu;
Şırıltılı, gurultulu.
Dənizdəki dalğaya bax,
Elə bil ki, lap indicə
Ayboliti udacaq.
- Bəs mən batsam,
Dibə yatsam,
Necə olar xəstələrim,
Mənim heyvan dəstələrim.
Elə bu vaxt üzə-üzə
Bir balina çıxdı üzə:
-     Dalıma min, Aybolit,
Min aparım od kimi,
Böyük paroxod kimi,
Aparım səni
-Doktor Aybolit gedir
Balinanın belində,
Bircə söz var dilində:
-     Limpopo, Limpopo, Limpopo.
 

 


 
Yolunu dağlar kəsir,
О darıxır, tələsir.
Dağlar uca, qorxulu,
Buluda girir yolu.
- Gedib çatmasam,
Qalsam darda mən,
Bu yollarda mən.
Necə olar xəstələrim,
Mənim heyvan dəstələrim!
 
Qayalıqdan qalxdı dərhal
Yerə qondu neçə qartal.
- Min, Aybolit, belimizə
Tez aparaq, əmr et bizə.
 
Uçur
Aybolit,
Qartal belində.
Bir söz dilində:
- Limpopo, Limpopo, Limpopo.
Afrikada, Afrikada
Vardır qara
Limpopo.
Afrikada ağlayır hey
Yazıq-yazıq
Hippopo.
Oturub Afrikada
Palma altında.
Oturub sakit
Baxır dənizə,
Görsün gəlirmi
Doktor Aybolit?
 
Axtanrlar onu yolda,
Axtarırlar sağda, solda
Fillərlə kərgədanlar.
Acıqlıdır heyvanlar:
-Niyə yoxdur Aybolit?
Hanı doktor Aybolit?
 
Onların yanındaca
Balaca begemotlar
Qıvrılırlar sancıdan:
Qarınlarıdır belə
Körpələri incidən.
 
Yazıq-yazıq inildəyir,
Çoşqa kimi zingildəyir
Burda balaca quşlar
Xırda dəvəquşular.
 
Tutub çiçək, difterit,
Qızılca və bronxit.
Вәrk ağrıyır başları,
Kəsilmir göz yaşları,
Onlardan heç kəs
Özünü bilmir.
 
-Bəs niyə gəlmir,
Bəs niyə gəlmir
Doktor Aybolit?!
 
Yanlarında uzanıb
İtidiş bir akula,
İridiş bir akula
-Köpək balığı.
Bərk-bərk yumub gözünü
Günə verir özünü.
Onun кörpəcələri
Yazıq köpəkcələri
Düz on iki gündür ki,
Yatmır diş ağrısından,
Ay aman!
 
Yazıq çəyirtkənin də
Çiyni çıxıb yerindən.
Tullana bilmir,
Sallana bilmir,
Hönkür-hönkür ağlayır,
Doktoru haraylayır:
-     Harda qaldı bizim doktor.
Niyə ondan xəbər yoxdur?
 

 


 
Odur, baxın, uçub gəlir
qəribə bir quş.
Yaxınlaşır, görünür ki,
çoxdan uçurmuş.
Yaxşı baxın, Aybolitdir
quşun belində.
 О qışqırır, papağını
tutub əlində:
- Yaşasın mehriban Afrika!
 
Вахın оrа
Наrау salan uşaqlara:
- Gəldi, gəldi.
Ura, ura!
 
Quş havada vurur dövrə,
Yavaş-yavaş qonur yerə.
 
Doktor Aybolit qaçır
Bala begemotların
lap yanlarına.
Döyəcləyir əlini
qarınlarına.
Onlara bir-bir
Şokolad verir.
Onların bir-bir
Qızdırmasını
Ölçüb, öyrənir.
Tez-tez qaçır yanına
Üstü-başı zolaqlı
Körpəcə pələnglərin,
Sonra da qozbel, yazıq,
Azarlı köşəklərin.
Hər birinə qoqul verir.
Moqul verir,
Qoqul-moqul,
Qoqul-moqul yedizdirir.
 
Aybolit on gecədir
Nə yatır, nə dincəlir.
On gecədir yemir, içmir,
Boğazından su da keçmir.
Balaca heyvanları
Sağaldır bircə-bircə.
Qoltuğuna onların
Tez-tez qoyur dərəcə.
 

 


 
Sağaldılar xəstələr,
Limpopo.
Meşədəki dəstələr,
Limpopo.
Getdilər güləşməyə,
Limpopo.
Hey atılıb düşməyə,
Limpopo.
Gülür, gülür
Karakula
Köpək balığı.
Elə bil ki, əl vurublar,
Tutub qıdığı.
 
Bapbalaca begemotlar
Nə yaman gülür.
Bu gülüşdən ağac əsir,
Yarpaq tökülür.
Bu da Hippo,
bu da Popo,
Hippo-popo,
Hippo-popo.
Baxın, gəlir
Hippopotam.
 
Bildinizmi gəlir hardan
Gəlir birbaş
Zənzibardan,
Gedir
Gilimancaroya,
manca-ro-ya.
Gah böyüyür, gah yüyürür,
Gah oxuyur gedə-gedə:
- Alqış, alqış Aybolitə!
 Alqış belə doktorlara.
U-ra, u-ra!